İran raket istehsalı həcmini artırmaq istəyir

İran raket istehsalı həcmini artırmaq istəyir

İran yeni ballistik raketini təqdim etdi

İran min kilometr mənzilli "yer-yer" sinifli tipli yeni "Dizful" ballistik raketini  təqdim edib.
 
Maide.Az "tasnimnews"a istinadla xəbər verir ki, təqdimat İslam İnqilabı Keşikçiləri Korpusu Qüvvələrinin yeraltı hərbi aerozavodda Baş Komandan Muhəmməd Əli Cəfərinin iştirakı ilə baş tutub.
 
M.Ə.Cəfəri bildirib ki,  Sepahın  raket istehsalı üzrə  yeni yeraltı hərbi aerozavodunda hədəfi dəqiq vuran və məhv edən balistik raketlər istehsal olunur. 
 
O deyib ki, istehsal etdiyimiz raketlərin hamısı dəqiq hədəfi məhvetmə qabiliyyətinə malikdir. "Biz hazırda raketlərimizin çəkisini azaltmaq, istehsalı sürətləndirmək və istehsalı həcmini artırmağı planlaşdırırıq." 
 

Google+ WhatsApp ok.ru