İran, İraq və Suriya nəqliyyat dəhlizi yaradır

İran, İraq və Suriya nəqliyyat dəhlizi yaradır

İran, İraq və Suriya  multimodal nəqliyyat dəhlizi yaradır.
 
Maide.Az "tasnimnews"a istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib. 
 
Onun sözlərinə görə, üç ölkə  həmçinin İpək yolu çərçivəsində  şərq-qərb tranzit  şəbəkəsini inkişaf etdirməyi,  bu dəhlizin  Orta Asiyaya birləşdirilməsi,  gömrük və  sərhəd xərclərinin uyğunlaşdırılması haqqında da razılıq əldə edib. 
 
Ş.Adəmnejad həmçinin bildirib ki,  razılığa əsasən İran  Şələmçə  - Bəsrə  dəmir yolu xəttini inşa edəcək və  3 ölkə dəmir yolu vasitəsilə  sərnişin və yükdaşımaları həyata keçirəcək. 
 

Google+ WhatsApp ok.ru