İran Rusiya ilə birgə Xəzərdə hərbi təlim keçirəcək

İran Rusiya ilə birgə Xəzərdə hərbi təlim keçirəcək

İran Rusiya ilə birgə Xəzər dənizində hərbi təlim keçirəcək.
 
Bu sözləri İranın Hərbi Dəniz Donanmasının komandiri Əhmədrza Baqiri deyib. O, Xəzərdəki təlimlərin 5 mərhələdə həyata keçirildiyi qeyd edib.
 
İlk mərhələnin dörd ay əvvəl başladığını, digər mərhələlərin də əvvəldən planlanan metodlara uyğun icra edildiyi açıqlayıb.
 
Qeyd edək ki, az öncə İran Hərbi Dəniz Donanmasının Xəzərdə “Güc və sabit təhlükəsizlik-96” adı altında 5 günlük hərbi təlimləri başa çatdırıb. Təlimlərdə “Dəmavənd” esminesi, raketlə təchiz edilmiş “Peykan” gəmisi, artilleriya seriyalı “Qaem” və yüksəksürətli katerlər iştirak edib. (axar.az) /

Google+ WhatsApp ok.ru