İran, Rusiya və Çin Hind okeanında birgə hərbi təlimlər keçirir

İran, Rusiya və Çin Hind okeanında birgə hərbi təlimlər keçirir

İran, Rusiya və Çin Hind okeanında birgə hərbi təlimlər keçirir.
 
Bunu İran Hərbi Dəniz Qüvvələri komandanının müavini Qulamrza Təhani deyib. 
 
Onun sözlərinə görə, islam inqilabından sonra ilk dəfədir ki, İran dünyanın iki böyük gücü ilə birlikdə və belə səviyyədə hərbi təlimlər keçirir.
 
Q. Təhani bildirib ki, təlim zamanı yanğın baş vermiş gəmidə xilasetmə əməliyyatı, hücuma məruz qalmış gəminin xilas edilməsi, müəyyən olunmuş hədəfləri vurma və s. bu kimi məşqlərin keçirilməsi nəzərdə tutulub.
 
O qeyd edib ki, təlimlər 17 min kvadrat kilometr ərazini əhatə edəcək: “Təlimlərin keçirilməsində əsas məqsəd beynəlxalq sularda ticarətin təhlükəsizliyinin artırılması, terrorizmlə mübarizə, informasiya və təcrübə mübadiləsi aparmaqdır. Qeyd edim ki, birgə təlimlərin keçirilməsi İran, Rusiya və Çin arasında əlaqələrin səviyyəsinin göstəricisidir və bu sıx əlaqələr gələcəkdə də davam edəcək”. /APA
 

Google+ WhatsApp ok.ru