İran Rusiyaya toyuq əti ixrac edəcək - razılıq əldə olunub

İran  və Rusiya Baytarlıq Təşkilatları arasınad ilkin razılıq əldə olunub və iş adamları bundan sonra İrandan Rusiyaya toyuq  əti ixrac edə bilər. Bunu İranın kənd təsərrüfatı nazirinin müavini Həsən Rükni deyib. 
Maide.az xəbər verir ki,  H.Rükni deyib ki, İrandan toyuq ətinin Rusiyaya ixracı üçün ilkin razılıq əldə  olunub. “Rusiya İran üçün proteinli məhsulların ixracat tariflərini müəyyənləşdirib. Bu tariflər İran tacirləri üçün çoxdur və biz tariflərin dəyişdirilməsi üçün danışıqlar aparırıq”
O deyir ki, ölkədə quşçuluq istehsalı potensealı 2 milyon tondan çoxdur. “Cari ildə 100 mindən çox toyuq əti və yumurta ixrac olunub.” /
 

Google+ WhatsApp ok.ru