İran sərhəddə İŞİD üçün `qırmızı xətt` çəkdi

İran İslam Respublikasının Quru Qüvvələri komandiri general Əhməd Rza Purdestan İŞİKD terrorçuların ölkə sərhədlərinə yaxınlaşması barədə mediaya açıqlama verib. 
 
Maide.az xəbər verir ki, "Təkfirçi İŞİD və digər terrorçu qruplar İraqın qərb sərhədlərindən bu ölkəyə daxil olaraq, İran sərhədlərinə çatdılar, İran Quru Qüvvələri ordusu bu terrorçu qrupları məhv etmək üçün tam hazırdır", - deyən Purdestan sonra bunları əlavə edib: "Aparılan bütün bu hazırlıqlara əlavə olaraq, sərhədin İraq torpaqlarında qalan qırx kilometr hissəsi terrorçu qruplar üçün "qırmızı xətt" kimi müəyyən edilib. Bu "qırmızı xətt"in keçilməsi halında İran İslam Respublikası silahlı qüvvələrinin sərt cavabıyla üz-üzə gələcəklərini bildirdik".
 
İran Quru Qüvvələri komandiri bildirib ki, bu açıqlamadan sonra terrorçu qruplar və təkfirçi İŞİD mesajı alıblar və sürətlə göstərilən sərhədlərdən uzaqlaşıblar.

Google+ WhatsApp ok.ru