İran sәfiri Novruz bayramı münasibətilә Azәrbaycan xalqını tәbrik edib

"Ümidvaram ki, İran və Azərbaycan dövlətləri və xalqları arasındakı mehriban dostluq və qardaşlıq münasibətləri günbəgün daha da möhkəmlənəcək, bu münasibətlər regionumuzun çiçəklənməsinə öz töhfəsini verəcək".
 
Bu barәdә İranın Azәrbaycandakı sәfiri Möhsün Pak Ayinin Novruz bayramı münasibətilә Azәrbaycan xalqına ünvanladığı tәbrik mәktubunda deyilir.
 
Onun sözlәrinә görә, Novruz bayramı region xalqlarının müştərək irs və zəngin mədəniyyətinin nümunəsidir: "Bu irsin qorunub saxlanılması Novruz bayramını qeyd edən ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə, regionda sülh, əmin-amanlıq və dostluğun güclənməsinə səbəb olacaq. İran dövləti və xalqının səmimi təbriklərini Azərbaycan xalqına çatdırmaqdan şərəf duyur, Azərbaycan dövlətinə və xalqına uğur və xoşbəxtlik arzulayıram".

Google+ WhatsApp ok.ru