İran Səudiyyə Ərəbistanına etiraz notası verib

Bu gün səhər İslam Respublikasının Yəmənin Səna şəhərindəki diplomatik korpusunun yaxınlığında raket partladıqdan sonra İran Səudiyyə Ərəbistanın Tehrandakı müvvəqqəti işlər vəkilini XİN-ə çağıraraq bu ölkəyə etiraz notası təqdim edib. 
Maide.az xəbər verir ki, bu gün günorta İranın Yəmənin paytaxtı Səna şəhərindəki səfirliyinin yaxınlığında raket partlayıb. Partlayış nəticəsində səfirliyin binasının pəncərələrinin şüşələri sınıb. Diplomatik korpusun əməkdaşlarına heç bir xəsarət dəyməyib. 
İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian deyib ki, baş vermiş hadisədən sonra Səudiyyə Ərəbistanın Tehrandakı müvəqqəti işlər vəkili Xarici işlər Nazirliyinə çağrılıb və İranın rəsmi etiraz notası təqdim olunub. “Səudiyyə rəsmilərinə xatırlatdıq ki, diplomatlar və diplomatik korpusların qorunması ilə bağlı öhdəliklərinə əməl etsinlər.  Onlara açıq –aşkar elan etdik ki, İslam Respublikasının Sənadakı səfirliyi öz fəaliyyətini davam etdirəcək və baş verə biləcək hər hansı bir hadisə ilə bağlı məsuliyyət Yəmənə təcavüz etmiş ölkə kimi Səudiyyə Ərəbistanın üzərində olacaq"-deyə Əmirabdullahian bildirib. /
 

 

Google+ WhatsApp ok.ru