İran səfirliyi Paşinyanın Tehranda yaşayan bir qrup erməni ilə görüşündə asılan plakat və səslənən şüarları pisləyir 04 Mart 2019 18:35 Qarabağ xəbərləri İranın Azərbaycandakı səfirliyi Tehranda yaşayan bir qrup erməninin asdığı plakat və səsləndirdiyi şüarları özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir. Maide.Az-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir. Səfirlik bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin "Ararat" klubunda baş tutmuş görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran Xarici İşlər Nazirliyinin sözçüsünün də dediyi kimi, özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir: “Vurğulamaq istərdik ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və xalqının yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcəkdir. İran düşünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”. Teqlər : #İran,#səfirliyi,#Paşinyanın,#Tehranda,#yaşayan,#bir,#qrup,#erməni,#ilə,#görüşündə,#asılan,#plakat,#və,#səslənən,#şüarları,#pisləyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran XİN Paşinyanın səfəri zamanı ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirib Leyla Abdullayeva: Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaq
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni