İran İsrailin “Hermes” tipli pilotsuz təyyarəsini vurduğunu elan edib

SEPAH -ın vurduğu pilotsuz təyyarə “Hermes” tipli pilotsuz təyyarədir və İsrail rejimi tərəfindən istehsal olunub. Bunu  İran İslam İnqilabi Mühafizəçiləri Korpusunun (SEPAH) komandanı Əmirəli Hacizadə deyib.

Maide.az-ın İranın Fars xəbər agentliyinə istinadən məlkumatına görə, Ə.Hacizadə deyib ki, bu tip pilotsuz təyyarə bir dəfə yanacaq doldurmaqla 1600 kilometr uçuş həyata keçirə bilir.  “Pilotsuz təyyarədə olan yanacaq və raketin hədəfə dəyməsi nəticəsində təyyarə yanıb və məhv olub. Pilotsuz təyyarədən bəzi hissələr sağlamdır və biz həmin hissələrin üzərində analizlər aparırıq”,-deyə Hacizadə deyib. 
Ə.Hacizadə deyib ki, təyyarənin qanadlarının uzunluğu 5.5 metrdir. Iki kamera ilə təchiz olunub və yüksək keyfiyyətli şəkillər çəkmə qabiliyyətindədir. “Bu növ pilotsuz təyyarə ilə bağlı indiyədək məlumat yox idi. Suriyada buna oxşar bir pilotsuz təyyarə vurulmuşdu, lakin İranda vurulan onun daha inkişaf etmiş formasıdır”, -deyə Hacizadə bildirib. 
Qeyd edək ki, İran İslam İnqilabi Mühafizəçiləri Korpusunun (SEPAH) ötən gün məlumat yayaraq bildirib ki, İranın  Sepah Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) İsrail rejiminə məxsus pilotsuz təyyarəni İsfahan əyalətində Nətənz nüvə təsisatına yaxın bir ərazidə məhv edib. 
 
Məlumatda bildirilir ki, pilotsuz təyyarənin radardan yayına bilmə və gizlənmə qabiliyyəti olub. Həmin təyyarə Nətənz nüvə təsisatının ərazisinə nüfuz etmək istəyirmiş, lakin Sepah-ın HHM Qüvvələri Nətənz ərazisinə girməmişdən öncə pilotsuz təyyarəni vurublar. /
 
 

Google+ WhatsApp ok.ru