İran İsrail ordusunun yaraladığı fələstinliləri müalicə edəcək

İran İsrail ordusunun yaraladığı fələstinliləri müalicə edəcək

İran Qəzzada 8 aydır keçirilən Böyük Qayıdış yürüşündə (BQY) işğalçı İsrail ordusu tərəfindən vurularaq xəsarətlərə məruz qalmış fələstinlilərin müalicəsinə yardım etməyə hazır olduğunu bəyan edib.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, bu barədə BQY-nin koordinasiya komitəsinin üzvü Hüseyn Mənsur açıqlama verərək bu dəstəyinə görə İran rəhbərliyinə və xalqına təşəkkürünü bildirib, İranın fələstinlilərin müdafiə və müqavimətinə göstərdiyi dəstəyinin hər zaman alqışa layiq olduğunu bəyan edib.
 
Mənsur ərəb ölkələrinə səslənərək onları Fələstin xalqını və azadlıq mübarizəsini dəstəkləməkdə İran kimi davranmağa çağırıb. Onun sözlərinə görə, İranın dəstəyi siyasi mövqeyindən asılı olmayaraq Böyük Qayıdış yürüşlərində yaralananları və dünyasını dəyişmiş şəxslərin ailələrini əhatə edəcək, yaralılar müalicə ediləcək və şəhid ailələrinə maddi yardım ayrılacaq.
 
HƏMAS hərəkatı İranın bu qərarını alqışlayaraq bunun Fələstinin müdafiə qüvvəsinin və müqavimətinin artmasına kömək edəcəyini diqqətə çatdırıb. Hərəkat digər ərəb və müsəlman ölkələrinə səslənərək onları işğalçı İsrail rejiminin planlarına qarşı Fələstin xalqını müdafiə etməyə çağırıb.
 

Google+ WhatsApp ok.ru