İran Suriyadakı “kimyəvi hücum”a münasibət bildirib

İran Suriyadakı “kimyəvi hücum”a münasibət bildirib

“Kimyəvi hücumu şiddətlə məhkum edirik. Eyni zamanda bu haqda dərhal fikir irəli yürütmək, bu hadisədən digər cəhətlərə qarşı sui-istifadə etmək və təbliğat aparmağı, onun amillərinin əməllərini pisləməməyi və hadisə qurbanlarını unudmağı məhkum edirik”.
 
Bunu İranın xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi ötən gün mətbuat konfransında deyib.
 
Suriyada kimyəvi silahların istifadə edilməsinin ilk olmadığını deyən İran rəsmisi bəyan edib ki, bu hadisələrin hamısında birtərəfli təbliğatlar aparılıb və yalnız bir tərəf ittiham edilib. O əlavə edib ki, bu hadisələr yalnız bir tərəfi ittiham etmək üçün vasitə kimi istifadə edilib.
 
B.Qasimi Kimyəvi Silahları Qadağan edən Təşkilatın (OPCW) Suriya hökumətinin kimyəvi arsenaldan təcrid edilməsini nümunə gətirərək, vurğulayıb ki, onun ölkəsi, radikal terror qruplaşmaların kimyəvi silahlarının yoxlanılmasını da dəfələrlə tələb edib.
 
O, həmçinin Suriya böhranının davam etməsinin əsas səbəblərindən biri kimi terror qrupları ilə mötədil qrupların bir-birindən ayrılmaması olduğunu deyib.
 
Xatırladaq ki, iki gün öncə İdlibin Xan-Şeyxun şəhərində Suriya Ordusu təyyarələri bir anbarı vurublar. Burada olan kimyəvi maddələrin səpələnməsi 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnib. OPCW bu hadisənin hava zərbələri nəticəsində olduğunu dəqiqləşdirə bilmədiyini deyib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru