İran TANAP-ın iqtisadi səmərəliliyini öyrənir

İran TANAP-ın iqtisadi səmərəliliyini öyrənir

"İqtisadi nöqteyi-nəzərdən TANAP layihəsi İran üçün sərfəli olarsa, biz bu layihəyə qoşula bilərik". Bunu İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin baş direktoru Həmidrza İraqi bildirib.
 
"İran Milli Qaz Şirkəti 50 ildən çoxdur fəaliyyət göstərir. Bizim siyasətimizin əsası ondan ibarətdir ki, ixracımız iqtisadi baxımdan səmərəli olmalıdır. Bu, olduqca önəmli amildir. TANAP layihəsi də bizim üçün səmərəli olarsa, layihəyə qoşula bilərik. İran öz qazını daha sərfəli şərtlərlə ixrac etmək istəyir", - deyə o bildirib.
 
Ümumi uzunluğu 1 850 km olan TANAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
 
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək
 
TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAS - 30%. (apa) /

Google+ WhatsApp ok.ru