İran telekanalları ABŞ əsgərlərinin bu görüntülərini də yaydı - Video

İran ordusu həbs etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin əsgərlərinin yeni görüntülərini yayıb
İslamazeri.az-ın İRİNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu ABŞ-nın Siyasi məsələlər üzrə dövlət katibinin müavini Vendi Şermanın İran əlaeyhinə açıqlamasından sonra baş verib.
Videoda ABŞ əsgərlərindən birinin ağlaması diqqət çəkir.  İran Hərbi Dəniz Donanmasının komandanı, admiral Əli Fədəvi  ABŞ tərəfini dqqətli olmağa və anti-İran çıxışlar etməkdən çəkindirmiş,  bu kadrlar haqda üstü-örtülü mesaj vermişdi.  
Admiral Əli Fədəvi   ABŞ rəsmilərinin bu hadisədən əsəbləşməsini diqqətə çatdıraraq bildirib: "Bu hadisə ilə bağlı əlimizdə olan digər görüntüləri də yayımlasaq, onların əsəbi daha da artacaqdır. Bizim hansısa millət ya dövləti təhqir etmək fikrimiz yoxdur, lakin onlar bizə qarşı səhvə yol versələr  biz də cavab verəcəyik". /

 

Google+ WhatsApp ok.ru