İran, Türkiyə və Rusiya Suriya mövzusunda daha bir razılığa gəldi 23 Yanvar 2017 02:00 Dünya Qazaxıstanın paytaxtı Astanada bu gün başlanan Suriyada böhranın həlli ilə bağlı danışıqlar zamanı növbəti razılıq əldə olunub. Belə ki, İran, Türkiyə və Rusiyanın yekdil razılığı ilə danışıqların Cenevrədə davam etməsi və suriyalı müxaliflərin həmin görüşdə iştirak etməsi barədə qərar qəbul edilib. Cenevrədə 8 fevral 2017-ci ildə keçiriləcək danışıqlar zamanı Suriya hökuməti və 15 silahlı qruplaşma üzvü olan müxalifət nümayəndələrinin iştirakı gözlənilir. Qeyd edək ki, bu gün start götürən Astana danışıqlarının artıq birinci mərhələsi yekunlaşıb və görüşdə rəsmi Dəməşq və müxalifət nümayəndələri eyni danışıqlar masasında oturublar. Müzakirələrdə Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətləri iştirak edirlər.(faktxeber) Teqlər : #İran,#Türkiyə və Rusiya Suriya mövzusunda daha bir razılığa gəldi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq xalqı Bəhreyn səfirinin ölkədən deportasiya edilməsini tələb etdi Türkiyənin Əhli-Beyt (ə) alimləri dərnəyi: `On4 TV və Kanal 12-nin bağlanılmasını qınayırıq`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO