İran, Türkiyə  və Rusiyanın Suriya ilə bağlı ikinci görüşünün vaxtı və yeri açıqlanıb

İran, Türkiyə və Rusiyanın Suriya ilə bağlı ikinci görüşünün vaxtı və yeri açıqlanıb

İran, Türkiyə  və Rusiya nümayəndə heyətlərinin Suriya ilə bağlı ikinci görüşü fevral ayının 6-da Astanada baş tutacaq. Bunu Qazağıstan Xarici İşlər Nazirliyi bu gün elan edib. 
 
Maide.Az xəbər verir ki, Qazağıstan XİN bildirib ki, görüş iştriakçıları Suriyada atəşkəs rejiminin icrası ilə bağlı danışıqları davam etdirəcəklər. 
 
Qeyd edək ki, Suriya nizamlanması üzrə ilk üçtərəfli görüş yanvarın 23-də Astanada baş tutmuşdur. 
 

Google+ WhatsApp ok.ru