İran,Türkiyə və Qətər müştərək ticarət marşrutu yaradılması məsələsini müzakirə edəcək

İran,Türkiyə və Qətər müştərək ticarət marşrutu yaradılması məsələsini müzakirə edəcək

İran,Türkiyə və Qətər müştərək ticarət marşrutu yaradılması məsələsini bu gün Tehranda müzakirə edəcək. 
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib ki, Tehran, Doha və Ankara rəsmiləri müştərək ticarət marşrutunun yaradılması ilə bağlı müzakirələr aparacaq. “Biz və Doha rəsmiləri yeni ticarət marşrutu yaratmaq fikrində idik, və bu nəticəyə gəldik ki, ən yaxşı marşrut İran marşrutudur. Buna görə şənbə günü (avqustun 5-də) Tehranda İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimi çərçivəsində bu məsələni İran rəsmiləri ilə müzakirə edəcəyik”. 
 
Qeyd edək ki, iyun ayının əvvəllərində 3 ərəb ölkəsi Qətərə qarşı terrorizmə dəstək vermək və İranla olan münasibətləri bəhanəsi ilə sanksiyalar tətbiq edib. Beləliklə Qətərin havadan, qurudan və dənizdən digər ölkələrlə ticarət əlaqələri üçün marşrutları bağlanıb. Bundan sonra İran və Türkiyə Qətərin ərzağa olan tələbatını təmin edir. 

Google+ WhatsApp ok.ru