İran Turizm Təşkilatının rəhbəri: “Azərbaycanla turizm əlaqələrinin inkişafı üçün iş aparılır”

İran Turizm Təşkilatının rəhbəri: “Azərbaycanla turizm əlaqələrinin inkişafı üçün iş aparılır”

“Hazırda İran və Azərbaycan arasında turizmin inkişaf etdirilməsi üçün turpaketlərin yaradılması və layihələndirilməsi üzərində iş aparılır”. 
 
Bu sözləri APA-nın Tehran bürosuna açıqlamasında İran prezidentinin müavini və İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisan deyib.
 
Ə. Munisan bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əldə edilən razılığa əsasən iki ölkənin ekspertlərindən ibarət komitə yaradılacaq. Komitə dövri şəkildə toplantılar keçirəcək və qəbul olunmuş qərarlar hər iki ölkənin turizm rəsmilərinin diqqətinə çatdırılacaq.
 
Ə. Munisan Azərbaycanın İran üçün önəmli qonşu olduğunu vurğulayıb: “Azərbaycan turizm sahəsində əməkdaşlıq edəcəyimiz prioritet ölkələrdəndir. İki ölkəni bir-birinə bağlayan çoxlu tellər var və bu sahənin inkişafı üçün geniş potensial mövcuddur”. /

Google+ WhatsApp ok.ru