İran Ukrayna təyyarəsində ölənlərin ailəsinə 150 min avro kompensasiya verəcək 30 Dekabr 2020 15:34 Dünya İran 8 yanvarda Tehran vilayətində Ukraynaya məxsus təyyarəsinin vurulması nəticəsində həlak olanların hər biri ilə əlaqədar yaxınlarına 150 min avro kompensasiya ödəyəcək. İranın Nazirlər Kabineti bu gün (30 dekabr) keçirilən iclasda bununla əlaqədar qərar verib. Bu barədə Trend İran Prezidentinin Hüquq Müavinliyinin informasiya portalına istinadən məlumat verib. Qərara əsasən, nəzərdə tutulan kompensasiya tez bir zamanda hər bir həlak olan şəxsin ailəsinə milliyyəti və vətəndaşlığından asılı olmayaraq ödəniləcək. Kompensasiyanın ödənilməsi İranın Yol və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvarda bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib. Teqlər : #İran,#Ukrayna,#təyyarəsində,#ölənlərin,#ailəsinə,#150,#min,#avro,#kompensasiya,#verəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər Pakistan və Çin birgə hərbi təyyarə istehsalına başladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO