İran universitetlərinin dünya reytinqi

Britaniyanın hər il təhsil sahəsində araşdırma aparan Times Higher Education nəşriyyəsi 2016-cı il üçün reytinq cədvəli hazırlayıb.
 
Maide.Az  xəbər verir ki, təhsil keyfiyyəti və dünyada nüfuz kriteriyaları əsas götürülüb. Kaliforniya Texnologiya İnstitutu (California Institute of Technology) təhsil keyfiyyəti üzrə dünyada birincidir. İnstitut 100 baldan 95, 2 bal qazanıb. 
 
İranın təhsil keyfiyyəti üzrə ən yaşı universiteti sayılan Elm və Texnolojiya Universitetinin təhsil keyfiyyəti cədvəlində 25, 9 bal qazandığı bildirilir.
 
İran Elm və Texnologiya Universiteti və Şərif Texnologiya Universiteti dünyanın 500 güclü universiteti arasında 401-ci yerdədir. 
 
Times Higher Education nəşriyyəsinin 2015-ci il hesabatında dünyanın 350 güclü universiteti arasında Şərif Universiteti 301-ci yerdə olub. 
 

Google+ WhatsApp ok.ru