İran və Azərbaycan rabitə sahəsində əməkdaşlıqlarını artırır

İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi sabah Azərbaycana səfər edəcək. Bu barədə maide.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən,  üçgünlük səfər zamanı M.Haşimini 15 nəfərlik nümayəndə heyəti müşayiət edir. Heyətin tərkibində İranın İT sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri də var.İranlı heyət Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq, eləcə də Azərbaycanın İT şirkətləri ilə də yaxından tanış olacaqlar. /

Google+ WhatsApp ok.ru