İran və ABŞ nüvə müzakirələrində texniki problemlərlə bağlı razılığa gəlib

İranın Atom Enerjisi üzrə Təşkilatın sədri Əli Əkbər Salehi deyib ki, İranın və 5+1 ölkələri arasında aparılan son nüvə müzakirələrində texniki problemlər ilə bağlı məsələlər öz həllini tapıb.
Maide.az xəbər verir ki, İran prezidentinin müavini və  Atom Enerjisi üzrə Təşkilatın sədri Əli Əkbər Salehi bildirib ki,  İsveçrədə keçirilən müzakirələrdə  İran Atom Enerjisi Təşkilatının sədri şəxsən edib  və məsələlərin detallarını Amerikanın energetika naziri olan qarşı tərəfin ən yüksək rəsmisi ilə danışıqlar aparıb. 
Ə.Salehi  Amerikanın energetika naziri ilə müzakirələrinin detallarını açıqlaya bilməyəcəyini  qeyd edib. "Bu müzakirələrdə Ərak tədqiqat reaktorunun zənginləşdirilməsi, tədqiqat və inkişaf məsələsi, Fordo məsələsi və bəzi daha kiçik məsələlər barədə danışılıb.Zənginləşdirmə və Ərak reaktoru ilə bağlı məsələlərdə olduqca yaxşı addımlar atıldı və 5+1 qrupunun, xüsusən Amerikanın saxta nigarançılıqları texniki təkliflə aradan qaldırıldı." 
Ə.Salehi bildirib ki, müzakirələrdə milli maraq və İranın nüvə sənayesi prinsipi də müdafiə olunub. 
Ə.Salehi bütövlükdə Montre müzakirələrini balanslı görüş adlandırıb və deyib ki, müzakirələrin bu dövründə texniki problemlərlə bağlı məsələlər öz həllini tapıb.  
Qeyd edək ki, İran ilə Altılıq arasında İsveçrənin Montre şəhərində keçirilən müzakirələrin sonuncu dövrü cümə axşamı günü gecə başa çatdı. Bu müzakirələrdən öncə İranın xarici işlər naziri və Amerikanın dövlət katibi də həmin şəhərdə üçgünlük müzakirələr aparmışdı./

 

Google+ WhatsApp ok.ru