İran və İraq təhlükəsizlik və terrorizmlə mübarizə məsələsini müzakirə edəcək

Fuad Məsum Tehrana səfər edir

 İraq prezidenti Fuad Məsum İran İslam Respublikası prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə sabah Tehrana səfər edəcək.
Maide.az xəbər verir ki, İran İslam Respublikası prezidentinin 1-ci müavini İshaq Cahangiri ötən mart ayında İraqa səfərində İran prezidenti Həsən Ruhaninin Fuad Məsumun Tehrana səfər etməsinə dair dəvətini ona təqdim etmişdi. 
Təhlükəsizlik, terrorizmlə mübarizə, eləcə də iqtisadiyyat və mədəniyyət sahələrində yüksək səviyyədə əməkdaşlıqlar və anlaşmaların artırılması İran və İraq dövlət başçılarının müzakirə edəcəyi  məsələlərdir. 
Qeyd edək ki,  İraq prezidentinin ötən il yayda iqtidara gəlməsindən sonra İrana ilk səfəridir./
 

Google+ WhatsApp ok.ru