İran və İraqın enerji nazirləri Türkiyədəki enerji konqresinə qatılmır

İran və İraqın enerji nazirləri Türkiyədəki enerji konqresinə qatılmır

İran və İraqın enerji nazirləri, bu gün İstanbulda OPEK -ə üzv  olan və üzv olmayan neft istehsalçılarını bir araya gətirən enerji konqresinə qatılmayacaqlarını bildirib.
 
Maide.Az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) və Rusiya enerji naziri bundan əvvəl iki ölkə enerji nazirlərinin bu gün başlayacaq konqresə qatılacağını demişdilər.
 
Qeyd edək ki, OPEK üzvləri sentyabrın 28-də Əlcəzairdə keçirdikləri iclasda neft istehsalını azaltma barədə qərar qəbul etmişdilər.  Neft qiymətinin dəstəklənməsi üçün OPEK, Rusiya kimi üzv olmayan istehsalçıların də dəstəyini istəyir.
 

Google+ WhatsApp ok.ru