İran və İraq şəhid Süleymani və şəhid Mühəndisin öldürülməsinə görə beynəlxalq məhkəməyə  şikayət edəcək

İran və İraq şəhid Süleymani və şəhid Mühəndisin öldürülməsinə görə beynəlxalq məhkəməyə şikayət edəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin ailəsi onun öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır.


Maide.Az bildirir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bildirib.
 
O deyib ki, hazırda Məhkəmə Sistemi və Xarici İşlər Nazirliyi birlikdə şikayət üçün sənəd hazırlayır.
 
“Tehran prokurorluğu tərəfindən müvafiq sənədlər hazırlanır. İraq da bu məsələ ilə bağlı ayrıca şikayət edəcək”, - deyə Q. İsmaili qeyd edib.
 
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ terroru nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qüvvələrinin komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər şəhid olub.  

 

Google+ WhatsApp ok.ru