İran Xəzərdə `Camaran-2` eskadra mina gəmisini sınaqdan keçirir

 

İran "Camaran-2" eskadra mina tral gəmisinin (esmines)  Xəzər dənizindəki donanmaya təhvil verməyə hazırlaşır. Bu məqsədlə iyul ayının 17-18-də gəmi Xəzərdə sınaqdan keçib.

Maide.az-ın İRİNN xəbər kanalına istinadən məlumatına görə, "Camaran-2" esminesi iranlı mütəxəssislərin rəhbərliyi altında İranda istehsal edilib. Esminesin yeni modeli "Camaran-1" ilə müqayisədə daha təkmilləşdirilmiş olacaq. Birinci esmines Fars körfəzinə 2010-cu ilin fevralında buraxılıb.

Camaran -2 mina tral gəmisi müasir radarlarla və müharibənin aparılması üçün elektron vasitələrlə təchiz edlib. Onun maksimum sürəti 30 dəniz milidir. "Camaran" esminesinin vertolyot meydançası, zenit qurğuları, antisaf örtüyü var və torpedo və hərbi-dəniz topları ilə təchiz olunub.

İran HDD-nin rəsmi nümayəndələri əvvəllər bəyan ediblər ki, bu növdə olan daha beş esminesin istehsalı gündəmdədir.

 

Google+ WhatsApp ok.ru