İran Xəzər dənizində  taksi xidməti istifadəyə verəcək

İran Xəzər dənizində taksi xidməti istifadəyə verəcək

İlk dəniz taksi xidməti Şəhid Təmcidi adına gəmiqayırma sənaye şirkəti tərəfindən istehsal olunacaq. Bunu  İranın Dəniz Sənayesinin İnkişafı fondunun baş direktoru Əbdülməcid  Rizvani Ənzəli Azad Ticarət Zonası Təşkilatının baş direktoru Rza Məsrurla görüşündə deyib. 
 
Maide.Az xəbər verir ki, Ə.Rizvani deyib ki, ölkədə 7 sahilyanı əyalət var ki, Gilan əyaləti bu əaylətlərin içərində "Kaspian" limanı və Xəzəryanı ölkələrlə həmsərhəd olduğu üçün xüsusi proritetə malikdir. “Dənizdə taksi xidməti ucuz və daha sərfəli şərtlərlə müraciət edənlərə təqdim olunacaq. Dəniz turizminin inkişaıf üçün Gilan əyalətində böyük potensial var və bu sahəyə investisiya yatırıcıları üçün əlverişli fürstə yaranıb. İnvestorlar dəniz sənayesi fondundan az faizli kreditlər alaraq əyləncə gəmiləri və dənizdə taksi xidmətləri üçün sərmayə yatıra  bilər”.
 
Onun sözlərinə görə, dəniz taksilərinin istehsalını Şəhid Təmcidi adına gəmiqayırma sənaye şirkəti həyata keçirəcək. Bu Gilanın dəniz turizminin inkişafına böyük təkan verəcək.   
 
Görüşdə dəniz taksi xidmətinin istifadəyə verilməsi zəruriliyi vurğulanıb və tezliklə bu işin baş tutacağı bildirilib. /

Google+ WhatsApp ok.ru