İran xərçəng və diabetə qarşı dərmanların istehsalına başlayıb

İran xərçəng və diabetə qarşı dərmanların istehsalına başlayıb

İran  xərçəng xəstəliyinə və diabetə qarşı dərman vasitəsinin istehsalına başlayıb. 
 
Maide.Az İran KİV-lərinə itinadən xəbər verir ki, istehsal olunan dərman vəsitələrindən bağırsaq, mədə və qaraciyər xərçəng  xəstəliyinə qarşı “Regorafenib”  və  
qaraciyər, böyrək və tiroid  xərçəngi əleyhinə olan “Sorafenib” adlı dərmanlar eləcə də diabet şəkər xəstəliyinin müalicəsi üçün  “Empagliflozin” və  “Dapagliflozin”  dərman vasitələridir. 
 
Dərmanlar ABŞ-da Qida və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət idarəsinin məşvərət şurasının (FDA)  lisenziyasını əldə edib.

Google+ WhatsApp ok.ru