İran Xarici Işlər Nazirliyini sözcüsü Azərbaycanda vəhhabi təhlükəsindən danışdı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün keçirilən həftəlik konfransda "Səhər" telekanalının jurnalistinin vəhhabilər Azərbaycan üçün təhlkükə olarsa, İran nə kimi yardım edəcək" sualını cavablandırarkən bildirib ki, biz İran İslam Respublikası olaraq məntəqə əhalisinin vəhhabi təhlükəsindən və cinayətlərindən xəbərdar olmasını lazımlı bilirik.

Əhali arasında bu təhlükə ilə bağlı marifləndirmə aparılarsa , Azərbaycan xalqı və dövləti vəhhabi fitnələrinə və təhdidlərinə lazımi cavabı verə biləcək.

Mərziyə Əfxəm həmçinin qeyd edib ki, düşünürəm ki, narahat olmağa əsas yoxdur. “Vəhhabilərin son 3-4 illik fəaliyyətləri cinayətlərlə doludur. İslam ölkəsi olaraq bizim Azərbaycan Respublikasında yaşayan bacı və qardaşlarımıza tövsiyyəmiz budur ki, agah və şüurlu şəkildə vəhhabilərin islam adı altında etdikləri cinayətlərlə mübarizə aparsınlar. Əgər vəhhabilər xalqın iradəsi və taktikası ilə üzləşsələr, ümidsiz olacaqlar və tez bir zamanda bu məsələ yaddaşlardan silinəcək.”, - deyə Əfxəm bildirib.

O əlavə edib ki, sevinirik ki, Azərbaycan xalqının bu cür agahlığı, iradəsi var.

Google+ WhatsApp ok.ru