İran xarici işlər naziri Mina hadisəsini ciddi şəkildə izləyir

İran xarici işlər naziri Nyu-Yorkda bəzi ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli rəsmliəri, eləcə də BMT yetkililəri ilə görüşlərdə Minadakı dəhşətli hadisənin detalları barəsində məsləhətləşmə aparıb.
 
Maide.az xəbər verir ki, Məhəmməd Cavad Zərif itkinlərin vəziyyətinin müəyyənləşməsi üzrə prosesin sürətini qənaətbəxş hesab etməyib. 
 
İran xarici işlər naziri Səudiyyə Ərəbistanının hüquqi məsuliyyətlərinə toxunaraq bu ölkənin əlaqədar rəsmilərindən iranlı və digər ölkələrin hacılarının təhlükəsizliyinin qorunması üzrə öz vəzifələrini yerinə yetirmələrini və həlak olanların müəyyənləşməsi, cəsədlərinin nəql olunması və yaralıların müalicəsi üzrə prosesi sürətləndirmələrini istəyib.
 
İranın xarici diplomatiya idarəsinin rəhbəri əlavə edib: Var-güclə İran vətəndaşları, xüsusilə də həlak olanlar və yaralıların hüququnu himayə etmək üçün lazımi siyasi, hüquqi və konsulluq işləri yerinə yetiriləcək. 
 
Son məlumatlara görə, cümə axşamı günü Minada Rəmy Cəmarat Şeytanı Daşlama mərasimində qanlı hadisə baş verib. Hadisə nəticəsində 1500-dən çox zəvvar həlak olub. Bu hadisədə həlak olan iranlıların sayı 131 nəfər elan olunub. 

Google+ WhatsApp ok.ru