İran XİN: Bəhreyn rejimi ABŞ seçkiləri üçün Fələstin mübarizəsini qurban verir

İran XİN: Bəhreyn rejimi ABŞ seçkiləri üçün Fələstin mübarizəsini qurban verir

İran Xarici İşlər Nazirliyi Bəhreyn və İsrail rejimləri arasında diplomatik əlaqələrin qurulmasını utancverici bir addım adlandırıb.

 
Maide.Az xəbər verir ki, İran XİN yayımladığı bəyanatda bildirir ki, Bəhreyn Fələstin xalqının müsibətli mübarizəsini və dəyərlərini Amerika seçkilərinə qurban verir.
 
Bəyanatda bildirilir:
 
"Şübhəsiz ki, dünyadakı günahsız Fələstin xalqı və azadlıqsevər müsəlmanlar İsrail ilə münasibətlərin normallaşmasını heç vaxt qəbul etməyəcək və bu biabırçı hərəkət əbədi olaraq yaddaşlara həkk olunacaq. Bəhreyn rejimi xalqından legitimlik qazanmaq əvəzinə, təəssüf ki, onlardan üz çevirdi və ABŞ seçkiləri üçün Fələstin mübarizəsini qurban verərək, utancverici bir hərəkətlə sionist rejimə sığındı. Əlbətdə ki, Bəhreyn rejiminin bu hərəkəti Fələstin xalqının, müsəlmanların və dünyanın azad millətlərinin qəzəb və nifrətini artıracaq".
 
Bəyanatda İsrail rejimi bölgədə hər hansı bir təhlükə yaradacağı təqdirdə Bəhreyn rejiminin bunun nəticələrindən məsuliyyət daşıdığı barədə də xəbərdarlıq edilib.
 

Google+ WhatsApp ok.ru