İran XİN: Qonşu ölkələrlə əməkdaşlıq xarici siyasətimizin dəyişməz prinsipidir

“Qonşu və müsəlman ölkələrlə əməkdaşlıq İranın xarici siyasətinin dəyişməz prinsipidir. Sanksiyaların ləğvindən sonra ağır günlərimizdə bizimlə yaxşı münasibətdə olan ölkələrlə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik”.
Bunu APA-nın İran müxbirinə açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari deyib. 
 
O qeyd edib ki, İran Azərbaycanla əlaqələri hərtərəfli inkişaf etdirmək istəyir.  
 
“Təəssüf ki, bəzi qonşu ölkələr müxtəlif səbəblərdən xarici siyasətlərində zəif olduqlarına görə İranın “altılıq” ölkələri ilə imzaladığı sazişlə əlaqədar düşmənçilik mövqeyi sərgiləyir. İran bütün qonşu ölkələri düşmənçilik siyasətinə son qoymağa və daxili problemlərinin həlli ilə məşğul olmağa çağırır. Biz regiondakı bütün ölkələrin mənafeyi və xeyrini düşünürük”, - deyə o vurğulayıb.  
 
H. Ənsari İranla Avropa ölkələri arasında əməkdaşlığın inkişafı istiqamətində danışıqların aparıldığını bildirib: “İran və Avropa razılaşıb ki, hər altı aydan bir Tehranda və ya Brüsseldə danışıqlar davam etdirilsin. Bu danışıqların birinci mərhələsi bu gün və sabah Tehranda keçiriləcək. Gələn həftə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Brüsselə səfər edəcək. Bu səfərin məqsədi İran və Avropa ölkələri arasında əlaqələrin inkişafı ilə bağlı danışıqlar aparmaqdır”. /

Google+ WhatsApp ok.ru