İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub 26 Oktyabr 2016 01:00 Ölkə Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizin dibinin sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub. Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumatda bildirilir ki, əldə olunan digər razılıq Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin aparılması ilə bağlıdır. Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin hazırlanmasını sürətləndirmək qərara alınıb. İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. Teqlər : #İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəzi yerlərdə yağış yağacaq Yağış yenə paytaxtı gölə çevirdi - VİDEO