İran XİN Ermənistan mətbuatının sui-istifadələrə yol verməsini tənqid edib 03 May 2017 01:00 Dünya İranın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın bir sıra KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsini tənqid edib. İranın XİN sözçüsü Bəhram Qasımi APA-nın Tehran müxbirinə bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib: "Erməni mətbuatının öz məqsədləri naminə sui-istifadələrə yol verməsini qınayırıq. Ötən bir neçə gün ərzində də Ermənistanın bir sıra KİV-i yenidən düzgün olmayan hərəkət edib, erməni mətbuatının bu addımı İranın XİN ekspertlərinin narahatlığına səbəb olub. İran Dağlıq Qarabağ probleminin həlli üçün yardım etməyə hazır olduğunu elan edən ilk ölkələrdəndir. İranın Azərbaycanla da yaxşı əlaqələri var və bu əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır". / Teqlər : #İran XİN Ermənistan mətbuatının suiistifadələrə yol verməsini tənqid edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Soçidə Putin və Ərdoğan arasında görüş keçirilir İranda daş kömür mədənində partlayış - YENİLƏNİB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO