İran `Ya Mehdi` adını daşıyan dronu təqdim etdi

İran `Ya Mehdi` adını daşıyan dronu təqdim etdi

Yeni pilotsuz təyyarə -dron İran Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib.
 
Maide.Az Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, saatda maksimum 250 km sürətlə hərəkət edən dron 3 km hündürlüyə və yerə 0.5 m məsafədə enərək hərəkət etməyi bacarır. 
 
Suyun üzərinə enməyi bacaran bu dron raket daşıya bilməsə də özü istənilən təhlükəli obyektə hücum edərək onu partlada bilir. 
 
"Ya Məhdi" adını daşıyan bu dron 1000 km yol qət etmək imkanına malikdir.
 

Google+ WhatsApp ok.ru