İran yanvardan viza rejimi tətbiq edir? - Səfirlikdən açıqlama

İran yanvardan viza rejimi tətbiq edir? - Səfirlikdən açıqlama

 
Son günlər sosial şəbəkələrdə, o cümlədən əhali arasında qonşu İranın yanvar ayından etibarən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edəcəyi, həmçinin sığorta haqqının artırılaraq 40-50 manat olacağı barədə məlumatlar yayılıb. 
 
Maide.Az mövzunun həssaslığını nəzərə alaraq İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. 
 
İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibi Seyidəli Musəvi bildirib ki, viza rejimi ilə əlaqədar deyilən məlumatlar həqiqəti əks etdirmir. Həmçinin sığorta haqqının artırılması barədə hər hansı göstəriş verilməyib.
 

Google+ WhatsApp ok.ru