İran yeni nəsil 3 bombanın təqdimatını keçirib

İran yeni nəsil 3 bombanın təqdimatını keçirib

İranda yeni “Balaban”, “Yasin” və “Qaim” bombalarının təqdimatı keçirilib. 
 
Maide.Az İran KİVlərinə istinadla xəbər verir ki, təqdimat mərasimində İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi və digər rəsmilər iştirak edib. 
 
Ə. Hatəmi bildirib ki, optik ağıllı və hədəfi dəqiq məhv edə bilən bombaların istehsalı İranın gücünü göstərir. 
 
Bildirilib ki, “Balaban” bombası uzaq məsafədə hədəfi vurmaq imkanı yaradan, qatlana bilən qanadlar və eləcə də vurma dəqiqliyini artıra bilən INS&GPS idarə sisteminə sahibdir.  
 
Qeyd olunub ki, “Yasin” bombası 50 kilometr məsafədən hədəfə atıla və onu dəqiq məhv etmə gücünə malikdir, “Qaim” bombası isə müxtəlif növ pilotsuz təyyarələrə, vertolyot və qırıcılara quraşdırıla bilir.
 

Google+ WhatsApp ok.ru