İran yerli istehsallı ilk reaktiv qırıcını təqdim edib (FOTO) 21 Avqust 2018 01:00 Dünya İran ilk dəfə yerli istehsallı “Kovsar” adlı reaktiv qırıcını təqdim edib. Trend-in "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, İranın Milli Müdafiə Sənayəsi Günü qırıcı təyyarə ilk uçuşunu həyata keçirib. Nümayişə ölkə Prezidenti Həsən Ruhani də qatılıb. Bir müddət əvvəl İranın müdafiə naziri Əmir Xatəmi qırıcının yaxın günlərdə təqdim olunacağını bəyan etmişdi. O demişdi ki, İran “hücumun aktiv qarşısını alma strategiyası” çərçivəsində hərəkət edir: "Tehran heç vaxt başqa ölkələrə hücum etməyib". Teqlər : #İran yerli istehsallı ilk reaktiv qırıcını təqdim edib (FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya, İran və Türkiyə nümayəndələri BMT-nin Suriya üzrə rəsmisi ilə görüşəcək Zəvvarları daşıyan avtobus dərəyə yuvarlandı - 12 ölü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO