İran yerli istehsal olan sualtı qayığın təqdimatını edəcək

İran silahlı qüvvələri yaxın aylarda yerli istehsal olan yeni sualtı qayıqlarını təqdim edəcək.
 
Bu barədə İran ordusunun yüksək rütbəli rəsmilərindən biri məlumat verib.
 
Admiral Əli Qulamzadənin sözlərinə görə, İran təqvimiylə cari ilin sonuna qədər iri və orta həcmli sualtı hərbi qayıqlar, eləcə də “Fateh” sualtı qayığı istifadəyə hazır olacaq. Onun sözlərinə görə, İran orduya lazım olacaq sayda sualtı qayıqların istehsalını həyata keçirir.
 
Bildirək ki, İranın hərbi sənayesi indiyədək “Fateh”, “Qadir”, “Qaim”, “Nəhəng”, “Tariq” və “Sina” adlı sualtı hərbi gəmilər istehsal edib.
 
Hələ, 2012-ci ildə İranda “Tareq 901” iri həcmli sualtı döyüş gəmisi təqdim edilib. “Qadir” gəmiləri isə 2007-ci ildə nümayiş olunub. 120 tonluq sualtı qayıq uzunmüddətli sahilyanı əməliyyatlarda istifadə edilmək üçün nəzərdə tutulur.
 
Qeyd edək ki, son illər İran müdafiə sənayesində böyük nailiyyətlər əldə edib. Ölkədə zəruri hərbi texnikalar və sistemlər istehsal edilərək ordunun ixtiyarına verib.

Google+ WhatsApp ok.ru