İraq: ABŞ-ın İŞİD terrorçularına dəstəyinə dair dəlillərimiz var

Maide.az "Əl-Aləm" televiziyasına istinadən xəbər verir ki, İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Hakim Zamili, Amerika və müttəfiqlərinin İŞİD terror təşkilatına havadan yardım etdiklərinə dair güclü və etibarlı dəlillər olduğunu deyib.
 
Hakim Zamili bildirib ki, Amerika və beynəlxalq koalisiya İŞİD-in nəzarəti altında olan çoxlu sayda bölgəyə havadan silah və ərzaq yardımı atırlar. 
 
İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsi olaraq ölkənin təhlükəsizlik və müdafiə siyasətlərinə nəzarət etməyi bir vəzifə saydıqlarını bildirən Zamili, Amerika və müttəfiqlərinin İŞİD-ə etdikləri yardımlara dair məruzə hazırlaması üçün komissiya yaratdıqlarını və bölgəyə göndərdiklərini deyib.
 
Hakim Zamili İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komissiyası olaraq İraq hökumətindən ABŞ və müttəfiqlərinin İŞİD-ə verdikləri dəstək məsələsində Birləşmiş Millətlər Təşkilatına məlumat verməsini tələb etdiklərini bildirib.

Google+ WhatsApp ok.ru