İraq: `Bizdən hasilatı azaltmağı istəmək ədalətsizlikdir`

İraq: `Bizdən hasilatı azaltmağı istəmək ədalətsizlikdir`

Bu açıqlamadan sonra Brent markalı neft 2,2% ucuzlaşıb
 
"İraqdan neft hasilatını azaltmağı tələb etmək ədalətsizlikdir". 
 
"Report"un "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib. 
Nazir qeyd edib ki, İraqa hasilatı artırmağa imkan yaratmaq lazımdır: "İraq xüsusi şəraitdə yaşayır. Biz müharibə edirik".
 
Açıqlamadan sonra neft bazarında OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək sammitinin müsbət nəticələnəcəyinə ümidlər yenidən azalıb. 
Rusiyanın "Sberbank"ından Mixail Şeybe və İskəndər Lutsko bildiriblər ki, investorlar çox ehtiyatlı olmalıdırlar: "İraq əvvəllər də hasilat kvotasının həcmi ilə bağlı iradlar bildirib. İraqın bu dəfə sammitdə təklif edəcəyi təşəbbüslər bazar üçün əlverişsiz olarsa və sammitə 1 həftə qalmış ictimaiyyətə açıqlanarsa, bu, neft qiymətlərinin kəskin azalmasına səbəb ola bilər".
 
Qeyd edək ki, İraqın xarici işlər nazirinin bugünkü açıqlamasından sonra "Brent" markalı neft 2,2% azalaraq 49,96 dollar/bareldən 48,84 dollar/barelə kimi geriləyib və hazırda dünənki bağlanış qiymətinin 0,45% üzərində, yəni 49,1 dollar/barel təşkil edir.  /

Google+ WhatsApp ok.ru