İraq: Ölkələri tərəfindən rədd edilən İŞİD-çiləri qəbul etmirik

İraq: Ölkələri tərəfindən rədd edilən İŞİD-çiləri qəbul etmirik

İraqın baş naziri Adil Əbdülmehdi Suriyadan 250 İŞİD yaraqlısını təhvil aldıqlarını bildirərək, ölkələri tərəfindən rədd edilən xarici İŞİD-çiləri qəbul etməyəcəklərini deyib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Adil Əbdülmehdi Bağdadda Yaşıl Zonanın kənarında yerləşən Hökumət Sarayında həftəlik mətbuat konfransı keçirib.
Suriya Demokratik Qüvvələrindən (SDQ) aralarında iraqlı da olan müxtəlif əsillərə mənsub İŞİD-çiləri təhvil verməsi məsələsinə toxunan Əbdülmehdi, belə danışıb: “Suriyadan təxminən 250 İŞİD-çini təhvil aldıq. Bunların uyğun həbsxanalara yerləşdirilməsi prosesi Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Ölkələri tərəfindən rədd edilən İŞİD-çiləri isə İraqda qəbul etmirik”.
 
Suriyadan İraqa gətirilən İŞİD-çilər arasında olan ailələrin vəziyyətinin nə olacağı sualına isə baş nazir Əbdülmehdi belə cavab verib: “Bunlar İŞİD tərəfindən zorla aparılanlarla (Suriyaya), öz istəkləri ilə İŞİD-ə qoşulanlar olaraq, iki hissəyə ayrılır. Hər ailə ilə öz vəziyyətinə görə rəftar ediləcək”.
 
Əbdülmehdi İŞİD-in Suriyada mühasirəyə alındığını qeyd edərək, onların İraqa keçmək üçün boşluq axtardıqlarını, ancaq buna imkan verməyəcəklərini və bu barədə lazım olan tədbirləri gördüklərini qeyd edib.
 
İraqın baş naziri ABŞ-ın İraqdakı hərbi mövcudluğu ilə bağlı davam edən mübahisələrə də toxunub: “Xarici qüvvələrin İraqdakı sayı məhduddur. Onların əsgərlərimizə təlim keçmək və İŞİD-lə mübarizə aparmaqdan başqa vəzifələri yoxdur. İraqda heç bir xarici hərbi baza yoxdur. Bazaların hamısı İraq bazalarıdır. ABŞ və digər xarici qüvvələrin vəzifəsi İŞİD-lə mübarizədir, İraq qüvvələrinə təlim keçmək və onlara müşavirlik etməklə məhdudlaşır”.
 

Google+ WhatsApp ok.ru