İraq 28 il sonra ilk dəfə futbol turnirinə ev sahibliyi edəcək

İraq 28 il sonra ilk dəfə futbol turnirinə ev sahibliyi edəcək

-- Qərbi Asiya Futbol Federasiyası çempionatına

İraq bu ilin noyabrında Qərbi Asiya Futbol Federasiyası çempionatına ev sahibliyi edəcək.
 
Maide.Az "acilnews"a isitnadən xəbər verir ki, bu turnir həm də 1990-cı ildən bəri ölkədə keçirilən ilk beynəlxalq turnir olacaq.
 
Ötən bazar günü FİFA tərəfindən ölkəyə qoyulmuş qadağa qaldırılıb və Qərbi Asiya Futbol Federasiyasının turnirinə ev sahibliyi etmək təklifi verilib. İraq rəsmiləri də təklifi müsbət cavablandırıblar.
 
İraq Futbol Federasiyasının sözcüsü Kamal Zaghir turnirim 12 ərəb ölkəsi arasında keçiriləcəyini söyləyib. O, ölkəsini turniri təşkil etməyə hər cəhətdən hazır olduğunu deyib.
 
Qeyd edək ki, İraq 1990-cı ildəki Küveyt müharibəsindən bəri heç bir beynəlxalq yarışa ev sahibliyi etməyib. Ölkəyə qoyulan və bütün beynəlxalq yarışları əhatə edən qadağa 28 ildir davam edirdi.

Google+ WhatsApp ok.ru