İraq `Ərbəin` yürüşü üçün YUNESKO-ya müraciət etdi

İraq `Ərbəin` yürüşü üçün YUNESKO-ya müraciət etdi

-- `Ərbəin` mərasimi YUNESKO-nun mədəni irs siyahısına salınacaq

İraq hökuməti "Ərbəin" mərasiminin YUNESKO tərəfində mədəni irs siyahısına salınmasını istədi.
 
Maide.Az "Farsnews"a istinadən xəbər verir ki, bu barədə İraqın BMT-dəki daimi nümayəndəsi tərəfindən YUNESKO-ya məktub ünvanlanıb.
 
Qeyd edək ki, bundan öncə İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Kərbəla” Araşdırmalar Mərkəzi Ərbəin Ziyarətini YUNESKO-da mədəni irs kimi qeydiyyata almağı planlaşdırıldığını demişdi. 
 
Mərkəzin sədri Əbdül-Əmir Əl-Qorəşi  demişdi ki,  biz çalışırıq ki, Ərbəin ziyarətini İraqın mədəni irsindən bir parça kimi YUNESKO-da  qeydiyyata alaq.  “Bu mərkəz Avropa, Asiya, İran və Almaniya Universiteti ilə bu sahədə geniş kordinasiyalı müzakirələr  aparmışıq.  İstəmişik ki, Ərbəin ziyarətinin  bütün cəhətlərdən o cümldən xidmətləri, tibbi, ictimai,  iqtisadi və inanc baxımından  araşdırılsın, həmçinin zəvvarların qarşısında olan problemlərin həll edilməsi və  insani dəyərlərin gücləndirilməsinin araşdırılmasını istəmişik”. 
 
Qeyd edək ki, Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə hər il milyonlarla  imam Hüseyn (ə) aşiqi dünyanın müxtəlif yerlərindən İraqa səfər edir və Kərbəlaya piyada yürüş təşkil edir.  Ötən il bu yürüşdə  27 milyon nəfərin iştirak etdiyi bildirilir.
 

 

Google+ WhatsApp ok.ru