İraq ‘Hizbullah’ı: Qüdsün azadlığı Kərbəlada başlayacaq

İraq ‘Hizbullah’ı: Qüdsün azadlığı Kərbəlada başlayacaq

İraq "Hizbullah"nın mətbuat katibi Cəfər Hüseyni bütün Fələstin torpaqlarının azad edilməsinin zəruri olduğunu vurğulayıb.

   O, bildirib ki, ABŞ Prezidenti axmaqlığına son qoymalı və qoşunlarını İraqdan çıxarmalıdır. 

 Cəfər Hüseyni, Fələstin ərazilərinin tamamilə azad edilməsinə və amerikalı muzdluların İraqdan çıxarılmasına da çağırış edib: "Bağdadın Fələstinlə bağlı mövqeyi dəyişməyib.

Fələstin bizə məxsusdur və İslam müqəddəslərindən imtina edilə bilməz. Fələstində Qəsbkar rejimə yer yoxdur. Çünki Fələstin ərəb torpağıdır və İslamın müqəddəsləri orada yerləşir. İraq alt qrupları, siyasi liderlər və dini liderlər Fələstin ərazilərinin tamamilə azad edilməsinə sadiqdirlər. Qüdsün azadlığı Kərbəladan başlayacaq".

Mətbuat katibi qeyd edib ki, Fələstin ərazisini müdafiə etmək üçün ön planda olan Fələstin müqaviməti tam olaraq dəstəklənir: "Ürəyimiz hər zaman onlarla və lazım gələrsə silahlarımızla onlara dəstək verəcəyik".  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru