İraq Baş naziri Mustafa Kaziminin Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb

İraq Baş naziri Mustafa Kaziminin Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi, İraq Baş nazirinin Səudiyyə Ərəbistanına səfərinin Səudiyyə kralının xəstəxanaya aparılması səbəbiylə bu gün təxirə salındığını açıqlayıb. 

 Səudiyyə Ərəbistanının Xarici İşlər naziri, ikitərəfli razılaşmaya əsasən, İraq Baş naziri Mustafa Kaziminin bu ölkəyə səfərinin təxirə salındığını deyib.

Qeyd edək ki, İraq Baş nazirinin bu gün Nazirlər Kabinetinin nümayəndə heyətinin başçılığı ilə Riyada getməsi planlaşdırılırdı. İraqın Maliyyə naziri və İraq-Səudiyyə Koordinasiya Şurasının sədri Əli Əbdül Əmir Əlavi şənbə günündən bəri Səudiyyə Ərəbistanındadır.

Kaziminin Riyaddan sonra Tehrana getməsi gözlənilirdi.  /eastnews.org/

Google+ WhatsApp ok.ru