İraq Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfər edib

İraq Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfər edib

İraq Baş Qərargah rəisi Səudiyyə rəsmiləri ilə görüşmək üçün İraq nümayəndə heyəti ilə Riyada səfər edib.

İraq Ordusu Baş Qərargah rəisi Əbdül Əmir Yarullah və nümayəndə heyəti Səudiyyə Ərəbistanına gəlib.

Məlumata görə, səfərin məqsədi İraq və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətləri gücləndirməkdir.   

Görüş zamanı xüsusilə hərbi sahədə əlaqələrin genişləndirilməsi və iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsi yollarını müzakirə etmələri planlaşdırılır. 

 Xatırladaq ki. dünən İraq Baş naziri Mustafa Kazimi və Səudiyyə vəliəhdi Məhəmməd ibn Salman video konfrans keçirib. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru