İraq İŞİD-çilərin 82 övladını Azərbaycana göndərdiyini bildirib

İraq İŞİD-çilərin 82 övladını Azərbaycana göndərdiyini bildirib

İraq hökuməti İŞİD-çilərin 82 uşağını Azərbaycana göndərdiyini bildirib.

Maide.Az "salamNews"a istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Sahaf məlumat verib.
 
İraq rəsmisi bildirib ki, nazirlik İŞİD-çilərin 82 övladının Azərbaycana göndərilməsində yaxından iştirak edib.
 
Ə. əs-Sahaf əlavə edib ki, bu uşaqlar İŞİD-ə qoşulmaqda ittihamlandırılan anaları ilə birgə İraq həbsxanaları və düşərgələrində olublar.
 
Bundan əlavə Fransa, Belçika, Almaniya, Danimarka, Rusiya və Çeçenistandan olan İŞİD üzvlərinin övladları ölkələrinə köçürülüb.
 
Ə. əs-Sahaf indiyə qədər İraqdan, mənsub olduqları ölkələrinə göndərilən uşaqların sayının 828 olduğunu deyib.

Google+ WhatsApp ok.ru