İraq İŞİD-lə mübarizədə F-16-lardan istifadə etdi

ABŞ Müdafiə Nazirliyi İraqın ABŞ-dan satın aldığı F-16 döyüş təyyarələrini İŞİD-ə qarşı mübarizədə ilk dəfə istifadə etdiyini bildirib.
 
Maide.az xəbər verir ki, Pentaqon sözçüsü Piter Kuk yazılı açıqlamasında, İraq hərbi hava qüvvələrinin ABŞ-dan aldığı F-16 döyüş təyyarələri ilə İŞİD-ə qarşı mübarizə çərçivəsində ilk dəfə hava hücumu həyata keçirdiyini söyləyib.
 
"İraq hərbi hava qüvvələrini İŞİD-in zəiflədilməsi və məğlubiyyətə uğradılması nöqtəsində yaradılan beynəlxalq kampaniyada bu müasir təyyarələri uğurla istifadə etməsinə görə təbrik edirik" deyən Kuk, İraq hökumətinin satın aldığı 4 ədəd F-16 təyyarənin iyulda təslim edildiyi bildirb.
 
İraq ABŞ-dan satın aldığı 4 ədəd F-16-nın 13 iyulda təslim edildiyini bildirmişdi. İraq ABŞ-la 2008-ci ildə bağlanan təhlükəsizlik müqaviləsi çərçivəsində 36 ədəd F-16 qəbulu üçün razılaşmışdı.

Google+ WhatsApp ok.ru