İraqda 39 İŞİD terrorçusu məhv edildi

İraqda 39 İŞİD terrorçusu məhv edildi

İraq ordusu Səlahəddin əyalətində İŞİD terrorçularına qarşı kütləvi əməliyyat keçirib.

Bu barədə İraq mətbuatı məlumat yayıb.

Məlumata görə, dünən keçirilən əməliyyatlar zamanı İŞİD-in 39 üzvü məhv edilib.

İraq təhlükəsizlik rəsmiləri bir sıra yüksək səviyyəli İŞİD liderlərinin əməliyyatlarda öldürüldüyünü açıqlayıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru